Əsas Səhifə > Melange / Üst manşet > Qocalmağa səbəb olan
Qocalmağa səbəb olan24-09-2017, 13:00. |
Hər kəs cavanlığa və gözəlliyə xidmət edən faydalı vərdişlərə yiyələnmək istəyir, lakin reallıq başqadır. Cavanlaşmaq əvəzinə biz özümüz özümüzü qocalığa və xəstəliyə yuvarlayırıq. SİVİL.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, aşağıda sadalanan vərdişlərdən uzaq durmaq sağlamlığınız üçün faydalı olacaq: Yuxusuz qalmaq Hər gün gecə saatlarına qədər işləmək, səhər isə yenidən oyanıb işə getmək bu günün acı reallığıdır. Pul qazanmağa çalışırıq, lakin sağlamlığımızı xərcləyirik. İşdən qayıtdıqdan sonra yenidən müəyyən işlərlə məşğul oluruq. Nəticə olaraq gecə saat 12-dən tez yata bilmirik. Və bu halda da gözün altında qaralma, torbalanma olur. İnsanda xəstə siması yaranır. Bu səbəbdən də günü elə planlamaq lazımdır ki, yuxu normada olsun. Kosmetikaya qənaət Bəzən ucuz qiymətə aldığımız kosmetik vasitələr də dərimizə ziyan vuraraq bizi qocaldır. Kosmetika elə də vacib bir şey deyil. Ancaq mütləq istifadə etməlisinizsə, heç olmasa, yaxşılarını seçin. Pulunuz üçün sağlamlığınızı xərcləməyin. Şirniyyat sevgisi Şokolad, dadlı şirniyyatlar, torlar, şirin içkilər qarşısında heç bir qadın tab gətirə bilmir. Şəkər heç kimin imtina edə bilməyəcəyi daddır. Ancaq ziyanlı tərəflərini görməzdən gəlirik. Qlyukoza tək bədən ölçülərinə deyil, üz dərisinə də mənfi təsir göstərir. Nəticədə daha qırışlı, bitkin dəri qazanmış olursunuz. Dərini zədələmək Demək olar ki, hər kəsdə olan bu vərdiş də üzümüzü qocaldır. Üz dərimizdə olan müxtəlif dərialtı ağ və qara civzələri sıxmaqla dərimizə çox böyük zərar vermiş oluruq. Dərialtı toxumalar bir daha bərpa ola bilməyəcək səviyyədə məhv olur. Buna görə də mümkün qədər bu vərdişdən imtina etmək lazımdı. Elektronik cihazlardan istifadə Texnologiyanın inkişaf etdiyi bir dövrdə demək olar ki, hər kəs gününün çoxunu telefon və komputerlərdən istifadə edərək keçirir. Aldığımız şüalar həm dərimizə, həm gözlərimizə, həm də beyin funksiyalarına mənfi təsir göstərir. Geri qayıt |