Əsas Səhifə > Melange / Üst manşet > Fast-food yeməkləri uşaqları necə məhv edir? -
Fast-food yeməkləri uşaqları necə məhv edir? -25-09-2017, 00:40. |
Son zamanlar rahat qarnımızı doyuracağımız, nisbətən ucuz başa gələn fast-food yeməkləri bir o qədər də rahat şəkildə sağlamlığımızı əlimizdən alır. Hələ bu immuniteti tam formalaşmamış uşaqlara verilirsə... Fast-food yeməklərinin zərərinin miqyası isə təssəvürə gəlməzdir. SİVİL.AZ pressclub.az-a istinadla həkim Vaqif Qarayevin belə yeməklərin uşaqlara təsiri ilə bağlı fikirlərini diqqətinizə çatdırır. Həkim deyir ki, fast-food yeməklərinin tərkibində karbohidratlar və yağlar həddindən artıq çox, zülallar, minerallar və vitaminlər isə azdır! Xüsusi marqarin yağlarında hazırlanır... nəticədə uşaq orqanizmində maddələr mübadiləsi pozulur...". V. Qarayevin sözlərinə görə, fast-food nəticəsində bir dəfəyə sutkalıq normativdən dəfələrlə artıq kalori qəbul edir uşaq orqanizmi. Şəkərin və xolesterinin miqdarı kəskin artır". Həkim bildirir ki, bu tip qidaların zədələmədiyi orqan və sistem yoxdur. "Ürək-qan damar, mədə-bağırsaq, mərkəzi sinir sitemi, əzələ-oynaq aparatı normal fəaliyyət göstərmir və müxtəlif xəstəliklər yaranır. Piylənmə və izafi çəki qaçılmazdı". V. Qarayev vurğulayır ki, son tədqiqatlara görə, tərkibində kanserogen maddələr olduğuna görə onkoloji problemlər yaradır. Həkim tövsiyə edir ki, ən yaxşısı, o kartof qızartmasını özünüz hazırlayın: "Pis hazırlayın, amma evdə hazırlayın. Müxtəlif fast food məkanlarında çəkdirdiyiniz şəkilləri paylaşmaqla mənasız iş görürsünüz. Uşağın sağlamlığı əldən gedir". Geri qayıt |