Əsas Səhifə > Melange > İmmuniteti yaxşılaşdıran vitaminli çaylar

İmmuniteti yaxşılaşdıran vitaminli çaylar


8-10-2017, 20:25.
title}
İmmuniteti yaxşılaşdıran vitaminli çaylar


Soyuq fəsillərdə biz daha çox soyuqdəymə xəstəliklərinə tutuluruq.

SİVİL.AZ
sağlamolun.az-a istinadla bildirir ki, bu xəstəliklərin profilaktikası üçün və ya soyuqdəymənin ilk simptomlarında faydalı vitaminli çayların qəbulu sizə çox yaxşı kömək edə bilər.

1. Zəncəfilli çay


Orta ölçüdə olan zəncəfil kökünü sürtgəcdən keçirin, 1 xörək qaşığı quru nanə əlavə edin və üzərinə 1/2 l qaynar su töküb 30 dəqiqə ərzində termosda dəmləyin. Daha sonra dəmləməni süzün və zövqə görə bal əlavə edib için.

2. Limonlu-ballı çay

Bu sadə vasitə əsl təbii dərmandır. 1 stəkan ilıq (40 C-dən yuxarı olmamalıdır) suya 1 limonun şirəsini sıxın və 1 xörək qaşığı duru bal əlavə edib qarışdırın və dərhal için. Gün ərzində 1-2 stəkan qəbul etmək olar.

3. İtburnu dəmləməsi

İtburnu immuniteti yaxşılaşdırır və orqanizmin infeksiyalara olan davamlılığını artırır. 3 xörək qaşığı itburnu meyvələri yaxşı yuyulur, xırda doğranılır və termosda 1/2 l qaynar suda dəmlənilir. 1 saatdan sonra dəmləməni 2-3 dəfə bir neçə dəfə qatlanmış təmiz tənzifdən süzün və gün ərzində adi çay kimi qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə limon şirəsini və bal (zövqə görə) əlavə edin.

4. Çobanyastığı çayı


Bu çay da immun sisteminə müsbət təsir edir, iltihablarla mübarizə aparır. 1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar suda dəmləyin və bal əlavə edib için.

5. Quru meyvələrin dəmləməsi


5 dənə ərik qurusu, 5 dənə qara qavalı, 1 ovuc qara kiçmiş yaxşı yuyulur, termosa qoyulur və üzərinə 1/2 l qaynar su əlavə olunur. 1 saat dəmləyin və gün ərzində için.

6. Darçınlı-mixəkli çay


3 dənə mixək, 1/2 çay qaşığı darçın 1/2 l qaynar suda termosda dəmləyin, üzərinə 1/2 portağalın şirəsini sıxın və 2 xörək qaşığı bal əlavə edib adi çay kimi gün ərzində için.Bu çayları dəmlədikdən sonra dərhal içdikdə effekt daha yaxşı olur. Uzun müddət ərzində dəmlənmiş çayları saxlamayın - onların faydası azalır.

Daha yaxşı effekt almaq üçün gün ərzində müxtəlif çaylardan istifadə etmək olar.
Geri qayıt