Əsas Səhifə > Melange > Qabığı ilə yeyin ki,
Qabığı ilə yeyin ki,10-10-2017, 21:00. |
Dietoloqlar qabıqları ilə yeyilən bir sıra qidaların xərçəng riskini azaltdığını bildirirlər. Onlar meyvə və tərəvəzlərin qabıqla yeyildikdə daha çox vitamin ehtiva etdiyini bildirirlər. Həmçinin bu vasitə ilə enerji artır və xərçənglə mübarizədə təsirli olur. SİVİL.AZ ailem.az-a istinadən həmin qidaların siyahısını verir. Kivi Kivinin tüklü səthi antioksidantar, anti-xərçəng, anti-allergiya və iltihaba qarşı maddələrlə zəngindir. Qabıq özündən 3 qat daha çox antioksidant ehtiva edir. Ananas Ananasın kənarında tikanlı səth deyil, qalın çəyirdəkli hissəsi istifadə edilə bilər. Lif və C vitamini sayəsində həzm sistemində ölü toxumaları tez təmizləyir və mədəni qoruyur. Ananasın tumunu əzib içkilərə qataraq, istifadə edə bilərsiniz. Banan Aparılan bir araşdırmada banan qabığı ekstraktının serotoninlə zəngin olduğu qənaətinə gəlinib. Banan qabığında lutein antioksidantı olduğundan göz hüceyrələrini ultrabənövşəyi işığın zərərli təsirlərindən qoruyur. Bu işığa çox həssaslıq kataraktın meydana gəlməsi riskini artırır. Araşdırmaçılar banan qabığını təxminən 10 dəqiqə qaynadıb, soyudulmuş suyunu içməyi, ya da meyvə sıxandan keçirib, suyunu içməyi təklif edirlər. Sarımsaq Aparılan bir araşdırmaya görə, sarımsağın qabığı 6 fərqli antioksidantı özündə birləşdirir. Sarımsağın qabığını atmaq o deməkdir ki, yaşlanma prosesinə qarşı mübarizə aparan və ürəyi qoruyan antioksidantları çölə atırıq. Yarım və ya bütün sarımsağa zeytun yağı gəzdirərək bişirilən xörəklərə, tərəvəzlərə əlavə etmək olar. Naringi Naringinin içərisində olan ağ membran yüksək pektin tərkibinə malikdir. Pektin pəhriz lifinin tərkib hissəsidir, xolesterinin aşağı salınmasına və bağırsaqdakı bakteriyalardan azad olmağa kömək edir. Balqabaq Balqabaq sinklə zəngindir ki, bu da sağlam dəri və dırnaqlar üçün vacibdir. Həmçinin, tərkibində bol miqdarda olan betakaroten ürək xəstəliyinə və xərçəngə qarşı qoruyucu bir antioksidantdır. Bərk olduğu üçün qabığını yemək çətindir, amma qabığın alt hissəsindəki yumşaq təbəqədən istifadə etmək olar. Geri qayıt |