Əsas Səhifə > Melange > 7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama


15-10-2017, 01:00.
title}
7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama


SİVİL.AZ bildirir ki, 7 gün ərzində sağlam şəkildə arıqlamaq istəyənlər bu kokteylləri içməklə orqanizmin vitamin və mineral balansını ödəməklə, artıq çəkidən xilas ola bilərlər.

1-ci gün

Kivi, ispanaq, limon və cəfəri qarışımlı kokteyl orqanizmdən artıq suyun çıxarılmasına yardımçı olmaqla yanaşı, orqanizmin vitamin C-yə olan ehtiyacını ödəyir. Gün ərzində 1 dəfə zəif kalorili yemək və 2 dəfə bu kokteyldən içməklə çəkinizi azalda bilərsiniz.

2-ci gün

Gün ərzində acdıqca hər dəfə banan və xurma kokteyli için və ən azı 1-2 km piyada gəzin. Hər dəfə kokteyl hazırladıqda 2 banan və 2 xurmadan istrifadə edilir.

3-cü gün

Gün ərzində 3 dəfə ananas və ədviyyatlı (sarıkök və az miqdar darçın) kokteyl içməklə orqanizminizin mineral və vitamin balansını ödəyə bilərsiniz. Bu kokteyl sizə aclığınızı hiss etdirməyəcək.4 cü gün. Avokado kokteylini gün ərzində 3 dəfə için və piyada gəzin.

5-ci gün

Manqo ilə portağallı kokteyl orqanizminizin vitamin və minerallara olan balansını ödəməklə sağlam şəkildə arıqlamağınıza səbəb olacaq.

6-cı gün

Çuğundur və zəncəfildən hazırlanmış kokteyl çox faydalı olmaqla yanaşı metobolizmi sürətləndirərək araqlamağa kömək edir.

7-ci gün


Gilləmeyvə və kefirdən hazırlanmış kokteyl sizin dadlı keçən həftənizi tamamlayaraq kalsium balansınızı ödəyəcək və sizin az çəki ilə sağlam bədənə sahib olmağınıza səbəb olacaq. (immunitet.az)
Geri qayıt