Əsas Səhifə > Melange > Kökəlməmək üçün bu qidaları qəbul edin -
Kökəlməmək üçün bu qidaları qəbul edin -19-11-2017, 19:00. |
Bəzi qidalar var ki, orqanizmimizə xeyirləri ilə yanaşı, artıq çəki problemi də yaratmır. SİVİL.AZ axar.az-a istinadən kökəltməyən qidaların siyahısını təqdim edir: Xiyarın 95 faizi sudan ibarətdir. Buna görə də bu tərəvəzi nə qədər yesəniz də kökəlməyəcəksiniz. Kahı da xiyar kimi demək olar ki, ancaq sudan ibarətdir. Bu bitkinin kalorisi olmadığı üçün rahatlıqla gündəlik qəbul edə bilərsiniz. Suda bişirilmiş yumurta xeyirli, zülallı, azkalorili olmaqla yanaşı, həm də ucuz və tez başa gələn qidadır. Acı qidalar, əsasən də ədviyyatlar: üyüdülmüş qara istiot, xardal. Hətta bəzi dietoloqlar bildirirlər ki, Çili bibərləri yeməyi bitirdikdən 20 dəqiqə sonra artıq kaloriləri yandırır. Qatıq da kökəltməyən qidalar arasında yer alır. Bu məhsulu həm sous, həm də qida kimi istifadə etmək olar. Qatıqdan əlavə digər yağsız süd məhsullarından da istifadə etmək məsləhətdir. Çünki həmin məhsullar kalsitriol hormonunun əmələ gəlmə prosesini sürətləndirir. Bu hormon daha çox yağ yandırmağa xidmət edir. Darçın da kökəltməyən qida məhsulları arasında yer alır. Ondan istifadə zamanı qanda şəkərin səviyyəsi enir. Həmçinin darçın artıq karbohidratların qana sovrulmasının qarşısını alır. Sitrus meyvələrindən olan qreyfrutun mütəmadi istifadəsi zamanı (gündə 150 q.) 2 həftəyə 2 kilo arıqlamağın mümkün olduğu bildirilir. Təbii meyvə şirələri də kökəltməməklə yanaşı, həm də bol vitamin qəbulu üçün əla seçimdir. Asiyalı dietoloqların fikrinə görə, gündə 4 stəkan yaşıl çay içmək piylərin əriməsinə böyük yardımçı olur. Zülal tərkibli ərzaqlarla qidalanan zaman artıq kalorilər yanır və yağlar tez bir zamanda əriyir. Geri qayıt |