Əsas Səhifə > Melange / Manşet > Azərbaycana qış fəslinin daxil olacağı vaxt
Azərbaycana qış fəslinin daxil olacağı vaxt22-11-2017, 23:00. |
Azərbaycana qış fəsli dekabrın 21-i, Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq. SİVİL.AZ-ın xəbərinə görə, bu barədə Report-a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib. Onun sözlərinə görə, həmin vaxt ən uzun gecə müşahidə olunacaq: “Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq”. Geri qayıt |