Əsas Səhifə > Melange > Xroniki yorğunluq sindromunu aradan qaldıran
Xroniki yorğunluq sindromunu aradan qaldıran5-12-2017, 01:00. |
Psixoterapevtlərin fikrincə, insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu, artıq xroniki yorğunluq sindromudur. Mütəxəssilər hesab edir ki, xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır. Xəstəliyin səciyyəvi cəhətləri kimi xəstənin özünü daim yorğun hiss etməsi, uzun müddət istirahət etməsinə baxmayaraq yorğunluq hissinin keçməməsi göstərilir. Bir az konkretləşdirərək əsas əlamətlər kimi tez yorulmanı, diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar və tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren, yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxulama hallarını göstərmək olar. Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir, onlar əmək qabiliyyətini artırmaq məqsədilə psixostimulyatorlar, gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər. Bəzi xəstələr isə çıxış yolunu gündüzlər siqaret çəkməklə, gecələr isə əsəb-psixi oyanıqlığı aradan qaldırmaq üçün spirtli içkilər qəbul etməkdə görürlər ki, bu da xəstəliyin gedişini daha da ağrılaşdırır, bəzi hallarda əyyaşlığa gətirib çıxarır. Eləcə də bir qrup insanlarda çəkinin azalması, azhərəkətli həyat tərzi sürən imkanlı şəxslərdə isə əksinə 1-2-ci dərəcəli piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və onurğa sütunu əzələlərində uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval-ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzən isə təlaş da xəstəlik üçün səciyyəvidir. Belə xəstələr adətən tez-tez depressiyaya düşür, yalnız qalmaq istəyirlər, saçlar tökülür, barmaq izləri yox olur. SİVİL.AZ xroniki yorğunluğu aradan qaldıran təbii üsullarla tanış edir. 1. İmmuniteti artırır və əsəb sistemini möhkəmləndirir Bir stəkan təmizlənmiş qoz ləpəsi, bir o qədər duru bal və limon şirəsini bir bankaya töküb qarışdırın. Əldə edilən cövhəri soyuducuda saxlayın. Qarışığı gündə 3 dəfə olmaqla 2 həftə ərzində qəbul olunmalıdır. 2. Təzə üzüm şirəsi yorğunluq hissini azaldır Özünüzü yaxşı hiss edənə qədər yeməkdən qabaq hər gün 2 xörək qaşığı qəbul edilməlidir. 3. Sinirləri sakitləşdirir Şam ağacının iynəyarpaqları xroniki yorğunluğu tez aradan qaldırır. Meşədən toplanmış iynəyarpaqları yaxşıca yuyun, qurtumaq üçün 15 dəqiqə sobada saxlayın, 2 xörək qaşığı şam yarpaqlarını doğrayıb 30 dəqiqə 200 ml suda qaynadın. Daha sonra üzərinə 3 xörək qaşığı bal əlavə edib üstünü bağlayıb bir saat saxlayın. 4. Bədəni rahatlaşdırır Növbəti resept üçün 200 ml südü 1 xörək qaşığı bal və yarım xörək qaşığı çobanyastığı lazım olacaq. İlk növbədə çobanyastığı üzərinə süd töküb qaynama vəziyyətinə çatdırmaq lazımdır. Daha sonra süzüb əldə edilən məhlulun üzərinə bal tökün. Qarışığı yatmazdan qabaq 10 gün ərzində 1 xörək qaşığı qəbul edin. 5. Bu resept isə xüsusilə kişilərdə həyat tonusu saxlamaq üçün çox faydalıdır Bunun üçün boranı tumları, bal və konyak lazımdır. 0,5 stəkan təmizlənmiş boranı tumlarının üzərinə maye bal və 2 xörək qaşığı konyak əlavə edib qarışdırın. Hər gün olmaqla ən azı 3 həftə acqarına bir xörək qaşığı qəbul üzrə olunmalıdır. (publika.az) Geri qayıt |