Əsas Səhifə > Melange > Yüksək təzyiqi yaradan

Yüksək təzyiqi yaradan


11-12-2017, 09:30.
title}
Yüksək təzyiqi yaradan


Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan problemdir. Müxtəlif səbəblərdən yaranan təzyiq çox vaxt bir sıra narahatçılıqlara səbəb olur.

SİVİL.AZ
bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva universitetin mətbuat xidmətinə müsahibəsində deyib.

Həkim bildirib: "Yüksək təzyiq səbəbindən yaranan problemlər arasında əsas yeri nefropatiya və böyrək problemləri tutur.

Qeyri-rasional qidalanma, az hərəkətlilik təzyiqin yüksəlməsində mühüm rol oynayır. Gecə və ya görmə gərginliyi tələb edən işlərdə çalışanlar və əsasən psixoemosional vəziyyətdə olanlarda təzyiqin yaranma riski digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, bu problemin yaranmasında stress və emosional gərginlik mühüm faktorlardandır. Ümumiyyətlə, risk qrupuna daxil olan insanlar duzdan, yağlı qidalardan çəkinməli, asan həzm olunan qidalara üstünlük verməli, daha çox hərəkətli olmalıdırlar".

Standart müasir müayinə üsullarının olduğunu vurğulayan həkim, buraya qanda xolesterinin miqdarının, kreatinin səviyyəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb: "Bunlar xəstə üçün təhlükəli risk amili sayılırsa, onda mütləq bu hal dərmanla korreksiya olunmalıdır. Təzyiqin özünün də dərmanla korreksiyası təzyiqin səviyyəsində asılıdır. Ola bilər ki, xəstənin təzyiqi çox da yüksək deyil, lakin yanaşı risk faktorları olduqda, bu, müdaxilə tələb edən hal sayıla bilər. Lakin risk amilləri olmadan da yüksək təzyiq ola bilər.

Yüksək təzyiqlə həkimə müraciət edənlərin hərtərəfli araşdırılması, problemin səbəbinin öyrənilməsi vacibdir. Müayinə və müalicə zamanı əlavə risklər də nəzərdən qaçırılmamalıdır". (AZƏRTAC)
Geri qayıt