Əsas Səhifə > Melange > Heyva çəyirdəklərini atmayın:

Heyva çəyirdəklərini atmayın:


12-12-2017, 01:00.
title}
Heyva çəyirdəklərini atmayın:


Heyva, çəyirdəyindən yarpağına qədər hər qismindən fayda götürülən bir meyvədir. Olduqca sağlıqlı olan bu meyvənin maskası da dərimiz üçün inanılmaz yaxşı təsir göstərir.

SİVİL.AZ
ailem.az-a istinadən heyva çəyirdəyi maskasının hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:

6 - 7 qram heyva çəyirdəyi;

1 stəkan yarım su.


Hazırlanması:

Heyva çəyirdəklərini su ilə birlikdə 15 dəqiqə qaynadın. Daha sonra soyudun. Bu zaman heyva çəyirdəkləri jele halını alacaq.

Hazırladığınız jeleni üzünüzə yavaş hərəkətlərlə sürtün və 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Dərini yumşaldaraq nəm səviyyəsini artıran heyva çəyirdəyi maskası dodaqlara sürtüldüyündə nəmləndirici təsir yaradaraq quruluğu və çatlamanın qarşısını alır.
Geri qayıt