Əsas Səhifə > Melange > Göz altındakı qaralmadan necə qurtulmaq olar?
Göz altındakı qaralmadan necə qurtulmaq olar?12-12-2017, 02:00. |
Sarıkök sağlamlıq baxımından olduqca faydalı bir ədviyyatdır. Xərçəng xəstəliyindən dəri xəstəliklərinə qədər bir çox problemlərdə şəfa kimi istifadə olunur. Sarıkök tərkibindəki faydalı birləşmələr sayəsində hüceyrələri yeniləyir. Beləliklə, həm xərçəngin qarşısını alır, həm də yaşlanmanı gecikdirir. Sarıkökün həmçinin antioksidant və iltihab əleyhinə təsiri də var. Sağlığımıza olduqca faydalı olan bu qida göz altında meydana gələn tünd halqaları da qısa zaman içərisində yox edir. SİVİL.AZ ailem.az-a istinadən sarıköklə göz altı qaralmalarından möcüzəvi qurtulma reseptini təqdim ediir. Lazım olanlar: 1 çay qaşığı sarıkök; Yarım çay qaşığı un; 1 çay qaşığı pomidor suyu; 1 neçə damcı limon. Hazırlanması: Bütün ərzaqları qarışdırın. Sonra göz çevrənizə halqalar şəklində sürtün. 10 dəqiqə saxlayın, üzərini örtməyin. Sonra soyuq su ilə durulayın. Bu qarışımı tətbiq etdikdən sonra gözlərinizin altındakı tünd halqalardan qurtularaq, qırışların gündən-günə azaldığını, dərinizin təzələndiyini görəcəksiniz. Geri qayıt |