Əsas Səhifə > Melange > Səhər acqarına 1 stəkan su içmək niyə faydalıdır?

Səhər acqarına 1 stəkan su içmək niyə faydalıdır?


13-12-2017, 00:40.
title}
Səhər acqarına 1 stəkan su içmək niyə faydalıdır?


Bir çox elmi araşdırmalar sübut edir ki, suyun kifayət miqdarda qəbulu ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozulmaların, hətta xərçəngin profilaktik tədbirlərindən biridir. Maye dedikdə ilk növbədə adi təmiz su nəzərdə tutulur.

SİVİL.AZ
saglamolun.az-a istinadən səhər acqarına 1 stəkan su içməyin faydalarını təqdim edir:

1. Yuxu zamanı insan orqanizmi maye itirir, orqanizmdə susuzlaşma başlayır. Bu səbəbdən səhər acqarına 1 stəkan su içmək orqanizmdə çox vacib olan su balansını bərpa edir.

2. Su mədə-bağırsaq sistemini "oyadır", işə salır. Bu isə qəbizliklə mübarizədə kömək edir.

3. Səhər acqarına içilmiş 1 stəkan su bizi daha gümrah edir, iş qabiliyyətimizi artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

4. Bu dərinin sağlamlığı və gözəlliyi üçün çox faydalıdır.

5.
Orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.

6. Ürək-damar sisteminin işini yüngülləşdirir.
Geri qayıt