Əsas Səhifə > Melange > “Ailə Akademiyası” layihəsinə start verilib -

“Ailə Akademiyası” layihəsinə start verilib -


8-04-2017, 01:00.
title}
“Ailə Akademiyası” layihəsinə start verilib -


Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq dərəcədə təsir göstərməkdədir.

Bununla əlaqədar olaraq dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verib.

SİVİL.AZ xəbər verir ki, aprelin 7-də Binəqədi rayon Yeni Azərbaycan Partiyası binasında Binəqədi Rayon İcra Hakimiyyəti və yerli idarəetmə orqanlarının iştirakı ilə layihənin rayon üzrə açılış tədbiri keçirilib. Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər, qadınlar, xüsusilə, yeni qurulan ailələr, sosial iştirakçılığı zəif olan insanların aktual mövzular ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə etməsinə və öz fikir və təkliflərini birbaşa çatdırmasına kömək etməkdir. Layihə çərçivəsində görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Tədbirdə iştirak edən rəsmi qonaqlar layihənin əhəmiyyətindən danışaraq, bunun ailə dəyərlərini qorumaq və möhkəmləndirmək istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıblar.

“Ailə Akademiyası” layihəsinə start verilib -
“Ailə Akademiyası” layihəsinə start verilib -
“Ailə Akademiyası” layihəsinə start verilib -

Geri qayıt