Əsas Səhifə > Melange / Üst manşet > Kitab oxumağa vərdiş etməyin

Kitab oxumağa vərdiş etməyin


9-04-2017, 00:30.
title}
Kitab oxumağa vərdiş etməyin


Uğurun əsas mənbəyi öyrənmək, öyrəndiklərimizdən istifadə edərək, həyata keçirməkdir.

Çünki bilik düşünməyi təmin edir. Düşüncələr isə insanı hərəkətə keçirir. Hərəkətə keçən insan uğur qazanır. Həyatda uğur qazandıracaq kitab oxuma vərdişinin bir çox üsulları var. SİVİL.AZ lent.az-a istinafən həmin üsulları sizinlə paylaşır.

- Təhsilli olmaq üçün oxuma vərdişi birincidir. Oxuma zövqünü qazana bilməyənin demək olar ki, təhsili yarımçıqdır. Mütaliə insanın bilik sahibi olmasını, dünya görüşünün artmasını təmin edir. Nə qədər çox oxusanız, bir o qədər çox şey öyrənərsiniz.

- Hər bir kitabı fürsət kimi görün!

Avraam Linkoln uşaqlıqdan kitab oxumağa başladı. O mütaliəsini getdikcə genişləndirərək, özünü daha da inkişaf etdirdi və axırda ABŞ prezidenti oldu! Edison isə bir şeyi icad etməzdən əvvəl o mövzu ilə bağlı nə varsa oxuyardı. Onlar fürsəti əldən verməyənlər idi.

- Plan tutun. Maraqlandığınız, faydalanacağınız, öyrənməkdən zövq alacağınız mövzuları müəyyənləşdirin.

- Kitab oxumaq sizi darıxdırırsa, sənədli filmlər izləyin. Sənədli film izləmək kitab oxumağa bərabərdir. Audio kitablardan da istifadə etməyi unutmayın.

- Doğru seçimləri öyrənin. Yaxşı kitab-yaxşı dostdur.

- İnsanlar kəlmələrlə fikirləşir. Söz ehtiyatınızı mütaliə ilə zənginləşdirin.

- Sürətli oxumaya yiyələnin.

- Mütaliəyə alışmaq üçün vaxtınızın boş olmasını gözləməyin. Hər vaxtınızı fürsət bilin. Mütaliə vərdişiniz yoxdursa, hər gün 15 dəqiqənizi buna ayırmanız yaxşı başlanğıc ola bilər. Mütəmadi olaraq kitab oxumaq sol gicgahın yarım kürəsində neyron əlaqələrini möhkəmləndirir.

- Kitab oxumanın faydalarına inanın. Kitab oxumaq insana öz hədəflərini seçməyə kömək edir.

- Evdə kitabxana yaradaraq onu zənginləşdirin. Kitabları səliqəli saxlayın, əzilib cırılmasına imkan verməyin.

- Ən gözəl hədiyyə-ən yaxşı kitabdır. Kitab hədiyyə almağı və bağışlamağı sevin.

- Büdcənizdən kitab almağa da pul ayırın. Unutmayın ki, kitaba xərclənən pul özünüzə yatırmış olduğunuz ən yaxşı sərmayədir.

- Kitab almağa imkanınız yoxdursa onda kitabxanalara gedin. İnternetdən pulsuz kitab yükləyib oxuya biləcəyiniz saytlar da mövcuddur.

- Oxuduğunuz yerin ideal səviyyədə işıqlandırılması, gözlərinizin tez yorulmaması və daha uzun müddət oxumanız üçün əhəmiyyətlidir. Kitab oxuyarkən gözlə kitab arasındakı məsafənin 50 sm. olmasına nəzarət edin.

- Kitab oxumaq ömrü uzadır, stressi azaldır, depressiyadan qoruyur. Dünyada daha çox kitab oxuyanlar yaponlardır. Bəlkə elə bu səbəbdən ən çox yaşayanlar da onlardır?!

- Kitab həyatınızı, dünya görüşünüzü dəyişəcək, sizə doğru yol göstərəcək bilik mənbəyidir.

Sonda bu yazımı yeni yazdığım "Qanadlı dostlar" nağılımdan bir parça ilə bitirmək istəyirəm.

..."Kitablar bütün insanların qanadıdır! Nə qədər çox kitab oxusan, yüksəyə qalxmağa, arzularına çatmağa, uzaqlara uçmağa bir o qədər qanadların olacaq".
Geri qayıt