Əsas Səhifə > Video > Ağcabədidəki dəhşətli partlayışın görüntüləri yayıldı -

Ağcabədidəki dəhşətli partlayışın görüntüləri yayıldı -


31-10-2017, 11:49.
title}
Ağcabədidəki dəhşətli partlayışın görüntüləri yayıldı -


Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş vermiş partlayışın görüntüləri yayılıb.

"Qaynarinfo"nun baku.ws-ə istinadən məlumatına görə, videoda aydın görünür ki, partlayış sahəsi olduqca böyükdür.

Sakinlər bir-birlərinə xəbərdarlıq edirlər ki, partlayışın baş verdiyi ərazinin yaxınlığından maşınlarını kənara çəksinlər.

"Mustafa, maşını çıxart bəri ordan", - deyə sakinlərdən biri qışqırır.

Hadisə rayonun Boyad kəndində baş verib. İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb.
Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb.

Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Geri qayıt