Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > İranda həbs edilən tələbə Fərid Səfərli Azərbaycana qaytarılıb
İranda həbs edilən tələbə Fərid Səfərli Azərbaycana qaytarılıb20-01-2025, 22:41. |
İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb. Civilazerbaijan.com bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Azərbaycan Xarici İşlər Nazirliyinin yanvarın 20-də yaydıqları birgə məlumatda deyilir. “Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılmışdır. Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşmuşdur”, - DTX və XİN-nin birgə press-relizlndə qeyd olunur. Qeyd edək ki, Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli 2023-cü ilin martında birlikdə oxuduğu tanışı ilə görüşmək üçün getdiyi İranda yoxa çıxıb. Sonradan İran hakimiyyəti onun casusluq ittihamı ilə həbs edildiyini təsdiq edib. Sonradan ittiham "casusluq niyyətinə" tövsif edilib. 2023-cü ilin avqustunda Səfərli 2 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Noyabrda İranın Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Geri qayıt |