İranda həbs edilən tələbə Fərid Səfərli Azərbaycana qaytarılıb

Xəbərin çap versiyası
Tarix: 20-01-2025, 22:41


İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Azərbaycan Xarici İşlər Nazirliyinin yanvarın 20-də yaydıqları birgə məlumatda deyilir.

“Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılmışdır. Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşmuşdur”, - DTX və XİN-nin birgə press-relizlndə qeyd olunur.

Qeyd edək ki, Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli 2023-cü ilin martında birlikdə oxuduğu tanışı ilə görüşmək üçün getdiyi İranda yoxa çıxıb. Sonradan İran hakimiyyəti onun casusluq ittihamı ilə həbs edildiyini təsdiq edib.

Sonradan ittiham "casusluq niyyətinə" tövsif edilib. 2023-cü ilin avqustunda Səfərli 2 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Noyabrda İranın Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz