Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Rusiya SOCAR-ın Odessadakı neft bazasına PUA-larla silsilə hücum edib
Rusiya SOCAR-ın Odessadakı neft bazasına PUA-larla silsilə hücum edibDünən, 14:49. |
Avqustun 18-nə keçən gecə Ukraynanın Odessa vilayətində Azərbaycan dövlət neft şirkəti SOCAR-a məxsus neft bazası Rusiya ordusunun silsilə hücumuna məruz qalıb. Civilazerbaijan.com bildrir ki, “Shahed” dronları ilə edilən bir neçə zərbədən sonra bazada yanğın baş verib. “Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb”, - məlumatda deyilir. Neft bazasının ümumi tutumunun 16 min kubmetrdən çox olduğu bildirilir. Bu son günlərdə Rusiyanın SOCAR bazasına ikinci hücumudur. Avqustun 8-də də eyni bazaya oxşar hücum həyata keçirilmişdi. Əvvəlki hücumdan sonra Azərbaycanın hökumətyönlü mediası yazmışdı ki, bu hal davam edərsə, Azərbaycan Ukraynaya silah tədarükünə qoyduğu embarqonu ləğv edə bilər. Geri qayıt |