Rusiya SOCAR-ın Odessadakı neft bazasına PUA-larla silsilə hücum edib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:49


Avqustun 18-nə keçən gecə Ukraynanın Odessa vilayətində Azərbaycan dövlət neft şirkəti SOCAR-a məxsus neft bazası Rusiya ordusunun silsilə hücumuna məruz qalıb.

Civilazerbaijan.com
bildrir ki, “Shahed” dronları ilə edilən bir neçə zərbədən sonra bazada yanğın baş verib.

“Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb”, - məlumatda deyilir.

Neft bazasının ümumi tutumunun 16 min kubmetrdən çox olduğu bildirilir.

Bu son günlərdə Rusiyanın SOCAR bazasına ikinci hücumudur. Avqustun 8-də də eyni bazaya oxşar hücum həyata keçirilmişdi.

Əvvəlki hücumdan sonra Azərbaycanın hökumətyönlü mediası yazmışdı ki, bu hal davam edərsə, Azərbaycan Ukraynaya silah tədarükünə qoyduğu embarqonu ləğv edə bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz