Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Jurnalist Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib
Jurnalist Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib17-09-2025, 22:41. |
|
“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağayevin (Ağa) səhhətində problem yaranıb. Civilazerbaijan.com bildirir ki, jaxınları Meydan TV-yə məlumat veirib ki, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Jurnalist mədə xorasından əziyyət çəkir. Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ötən gün, sentyabrın 16-da Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb. Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub. Bu iş üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Geri qayıt |