Jurnalist Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib

Xəbərin çap versiyası
Tarix: Dünən, 22:41


“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağayevin (Ağa) səhhətində problem yaranıb.

Civilazerbaijan.com
bildirir ki, jaxınları Meydan TV-yə məlumat veirib ki, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Jurnalist mədə xorasından əziyyət çəkir.

Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən gün, sentyabrın 16-da Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.

Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub. Bu iş üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz