Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasının rəisi saxlanılıb

Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasının rəisi saxlanılıb


16-10-2025, 20:31.
title}


Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi, mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Onunla bağlı Hərbi Prokurorluqda araşdırma başlanıb.

Civilazerbaijan.com
bildirir ki, İlham Haqverdiyevə qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub.

Təqdimata baxılacaq.

Müdafiə Nazirliyinin Abşeronun Gorədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi” adlanır.


Geri qayıt