Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasının rəisi saxlanılıb
Tarix: Bu gün, 20:31
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi, mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Onunla bağlı Hərbi Prokurorluqda araşdırma başlanıb.
Civilazerbaijan.com bildirir ki, İlham Haqverdiyevə qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.
Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub.
Təqdimata baxılacaq.
Müdafiə Nazirliyinin Abşeronun Gorədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi” adlanır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər