Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Apellyasiya Məhkəməsindən Məmməd İbrahimlə bağlı QƏRAR

Apellyasiya Məhkəməsindən Məmməd İbrahimlə bağlı QƏRAR


8-12-2025, 20:40.
title}


Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin katibi Məmməd İbrahimin barəsindəki həbs qətimkan tədbirindən verdiyi şikayətə baxıb.

Civilazerbaijan.com
bildirir ki, dekabrın 8-də baş tutan prosesdə şikayət təmin edilməyib, partiya funksioneri həbsdə qalıb.

Dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə M.İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Eyni gündə AXCP sədri Əli Kərimli barəsində də 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 5-ə Apellyasiya Məhkəməsi onun həbs qətimkan tədbirindən verdiyi şikayəti də təmin etməyib. Ə.Kərimli də eyni ittihamla üzləşib.

Onlar ittihamı qəbul etmirlər, hakimiyyətin siyasi sifarişi olduğunu bildirirlər.
Geri qayıt