Apellyasiya Məhkəməsindən Məmməd İbrahimlə bağlı QƏRAR

Xəbərin çap versiyası
Tarix: 8-12-2025, 20:40


Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin katibi Məmməd İbrahimin barəsindəki həbs qətimkan tədbirindən verdiyi şikayətə baxıb.

Civilazerbaijan.com
bildirir ki, dekabrın 8-də baş tutan prosesdə şikayət təmin edilməyib, partiya funksioneri həbsdə qalıb.

Dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə M.İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Eyni gündə AXCP sədri Əli Kərimli barəsində də 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 5-ə Apellyasiya Məhkəməsi onun həbs qətimkan tədbirindən verdiyi şikayəti də təmin etməyib. Ə.Kərimli də eyni ittihamla üzləşib.

Onlar ittihamı qəbul etmirlər, hakimiyyətin siyasi sifarişi olduğunu bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz