Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycandakı siyasi məhbuslardan Tramp Administrasiyasına MƏKTUB
Azərbaycandakı siyasi məhbuslardan Tramp Administrasiyasına MƏKTUB9-02-2026, 19:29. |
|
Azərbaycanda siyasi məhbus sayılan şəxslərin bir qrupu ABŞ prezidenti Donald Tramp Administrasiyasına və bu ölkənin konqresmenlərinə müraciət edərək onların məsələlərinə diqqət göstərilməsini istəyiblər. Civilazerbaijan.com həmin məktubu təqdim edir: "Biz, Azərbaycandakı siyasi məhbuslar, Sizə müraciət edərək diqqətinizi ölkəmizdəki insan hüquqları ilə bağlı acınacaqlı duruma çəkmək istəyirik. Cənubi Qafqazın ən avtoritar ölkəsi olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur, bütün müstəqil media və vətəndaş cəmiyyəti fəalları, siyasi aktivistlər, tənqidçi akamediklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib. Ölkədə media, ifadə və sərbəst toplaşma azadlıqları tam məhdudlaşdırılıb. Qərarlar siyasi sifariş əsasında verildiyindən yerli məhkəmələrdə məhbusların elementar hüquqları təmin edilmir, həmçinin beynəlxalq məhkəmələrin qərarları icra olunmur. Bununla yanaşı, Azərbaycan hakimiyyəti beynəlxalq çağırışlara məhəl qoymur, insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, əksinə, repressiv siyasətini hər gün daha da sərtləşdirir. Ölkə daxilində siyasi məhbusların hüquqlarını müdafiə edən şəxslər təyziqlərə məruz qalır. Bu da yeni həbslərə və ya fəalların ölkəni tərk etməsinə səbəb olur. ABŞ-nin yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını və demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də Belarus və Venasueladakı ABŞ-nin siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək Sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa və əməli addımlar atmağa çağırırıq! Şəmşad Ağa – jurnalist Aynur Elgünəş – jurnalist Natiq Cavadlı -jurnalist Aysel Umudova -jurnalist Aytac Tapdıq – jurnalist Ramin Deko ( Cəbrayılzadə) – jurnalist Xəyalə Ağayeva – jurnalist Ülviyyə Əli (Quliyeva) – jurnalist Bəhruz Səmədov – akamedik Tofiq Yaqublu – siyasətçi İmran Əliyev – jurnalist Fatimə Mövlamlı – jurnalist Nurlan Libre (Qəhrəmanlı) – jurnalist Niyaməddin Əhmədov – AXCP üzvü, siyasi fəal Əhməd Muxtarov – jurnalist Məmməd Məmmədzadə – vətəndaş Cəmiyyəti fəalı Afiəddin Məmmədov – işçi hüquqları fəalı Rüfət Səfərov – hüquq müdafiəçisi" Geri qayıt |