Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycan nümayəndə heyəti Ermənistandadır
Azərbaycan nümayəndə heyəti Ermənistandadır29-04-2026, 15:31. |
|
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana gedib. Civilazerbaijan.com bildirir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) AzadlıqRadiosuna təsdiqləyib. Nazirlikdən mətbuata əlavə məlumat veriləcəyi bildirilib. Mustafayev həmçinin Azərbaycan demarkasiya komissiyasının sədridir. Demarkasiya komissiyaları sonuncu dəfə ötən ilin noyabrında Qəbələdə görüşüb, növbəti iclasın Ermənistanın şəhərlərindən birində keçirilməsi barədə razılığa gəliblər. Qeyd edək ki, bundan öncə - 2025-ci ili noyabrın 28-də Qəbələdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların 12-ci görüşü keçirilib. AZƏRTAC-ın xəbərinə görə, görüşün tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilməsindən məmnunluq bildirilib. (əvvəlki görüşlər sərhəddə keçirilirdi) Məlumata görə, tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələləri, müvafiq təlimat layihələrini müzakirə ediblər. Növbəti görüşü Ermənistan şəhərlərindən birində keçirməklə bağlı razılığa gəlinib. Bu komissiyaların 11-ci görüşü bu il yanvarın 16 -da keçirilmişdi. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və qarşılıqlı iddiaların dayandırılması vacib sayılır. Geri qayıt |