Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Məcburi köçkün statusu ilə bağlı qanun dəyişdirilir

Məcburi köçkün statusu ilə bağlı qanun dəyişdirilir


Bu gün, 15:19.
title}


Milli Məclisdə müzakirəyə çıxarılan qanun dəyişikliyi məcburi köçkün statusunun itirilməsi üçün yeni əsas müəyyənləşdirir. Söhbət “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdən gedir.


Civilazerbaijan.com
bildirir ki, layihə parlamentin Əmək və sosial siyasət, eləcə də İnsan hüquqları komitələrinin iyunun 3-də keçirilən birgə iclasında müzakirə olunub. Hazırda qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün şəxs əvvəl yaşadığı əraziyə qayıtdıqda və ya həmin yaşayış yerinin əvəzinə dövlət tərəfindən mənzillə təmin edildikdə statusunu itirir.

APA-nın xəbərinə görə, yeni təklifə əsasən, vətəndaş ona təklif olunan yaşayış yerindən imtina etdikdə də məcburi köçkün statusuna xitam veriləcək. Sənəddə keçid müddəası da nəzərdə tutulub. Həmin müddəaya əsasən, qanun qüvvəyə minənədək işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunmuş məcburi köçkünlərin statusuna qanunun qüvvəyə mindiyi tarixdən xitam veriləcək.

Dəyişikliyin əsaslandırılmasında bildirilir ki, vətəndaşın yeni yaşayış sahəsi ilə təmin olunması onun mülkiyyət hüququnun bərpası hesab edilir.

Hökumətin qarşıdakı illər üçün müəyyənləşdirdiyi əsas prioritetlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin həmin ərazilərə qayıdışının təmin edilməsidir.

Rəsmi məlumata görə, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin, ümumilikdə isə 140 min nəfərin məskunlaşdırılması planlaşdırılır. Azərbaycanda hazırda təxminən 650 min məcburi köçkünün olduğu nəzərə alınarsa, bu, 2026-cı ilədək onların təxminən dörddə birinin, yəni 25 faizinin doğma yurdlarına qayıtmış olacağı anlamına gəlir.
Geri qayıt