Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb

Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb


Bu gün, 20:00.
title}


İyunun 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə partiya üzvləri məlumat yayıblar. Bildirilir ki, Səbail Rayon Məhkəməsi bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatını təmin edib.

Bundan əvvəl, fevralın 9-da da məhkəmənin qərarı ilə AXCP sədrinin həbs vaxtı 4 ay uzadılmışdı.

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.

Hökumətyönlü mətbuatda iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX əməkdaşlarının Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini evə yerləşdirərək daha sonra tapdıqlarını bildirdiyi qeyd olunub.

Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Ramiz Mehdiyevin bu iddialara münasibəti məlum deyil.

Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.

AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Azərbaycana deportasiya olunmaq üçün Türkiyədə saxlanılıb. Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib.
Geri qayıt