Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > AŞPA Azərbaycana qarşı daha bir qətnamə qəbul edib

AŞPA Azərbaycana qarşı daha bir qətnamə qəbul edib


Dünən, 22:28.
title}


İyunun 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan haqqında növbəti qətnamə müzakirəyə çıxarılıb.

Civilazerbaijan.com
bildirir ki, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin müəllifi olduğu qətnamədə komitə Azərbaycan hakimiyyətini Avropa Şurasının Nizamnaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq müqavilələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırır.

Həmçinin, komitə hökumətdən jurnalistlərə qarşı təhdidlərə, hədə-qorxuya və cinayət təqibinə son qoyulmasını, həbsdə olan jurnalistlərin dərhal azad edilməsini və onlara qarşı törədilmiş bütün cinayətlərin lazımi qaydada araşdırılmasını təcili şəkildə tələb edir.

Qətnamədə Belçikadan olan parlamentari Kristof Lakruanın məruzəçi kimi hazırladığı hesabata istinad edilir və Azərbaycandakı vəziyyət “ifadə azadlığına açıq və sistemli hörmətsizlik” kimi qiymətləndirilir.

"Azərbaycanda media sektoru tamamilə dövlət tərəfindən ələ keçirilib. Sərhədsiz Reportyorlar Təşkilatının məlumatına görə, ölkə daxilində heç bir müstəqil televiziya və ya radio yayımı fəaliyyət göstərmir, tənqidi mövqeyə malik bütün çap qəzetləri isə bağlanıb. Müstəqil xəbər saytlarının əksəriyyəti xaricdə fəaliyyət göstərir və dövlət senzurasının hədəfinə çevrilir", - deyə qeyd olunur.

Daha sonra Avropa Şurası tərəfindən təsis olunan Jurnalistlərin Təhlükəsizliyi Platformasına istinadən Azərbaycanda 36 müstəqil jurnalistin həbsdə olduğu bildirilir.

Həmçinin, Azərbaycanın AŞPA-nın 2024-cü ildəki qətnaməsində qaldırılan "ciddi məsələləri həll etmək əvəzinə, 2025 və 2026-cı illərdə nümayəndə heyətinin etimadnamələrini təqdim etməməklə Parlament Assambleyasının fəaliyyətində iştirakdan yayınmasına görə" təəssüf ifadə olunub.

Qətnamədə son olaraq Avropa Şurasının baş katibinə Azərbaycan hakimiyyətindən ölkədaxili qanunvericiliyin konvensiyanın müddəalarının effektiv şəkildə həyata keçirilməsini necə təmin etdiyinə dair izahat tələb etməsi barədə çağırış olunur.

Qətnamənin 68 nəfər lehinə, 8 nəfər əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb.
Geri qayıt