Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > AXCP üzvü Tərlan Baxışlı 20 sutka həbs edilib
AXCP üzvü Tərlan Baxışlı 20 sutka həbs edilibBu gün, 16:05. |
|
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon şöbəsinin üzvü Tərlan Baxışlı inzibati qaydada həbs edilib. Civilazerbaijan.com bildirir ki, bu barədə AXCP-nin yaydığı məlumatda deyilir. Məlumata görə, T.Baxışlı sentyabrın 26-da kirayə yaşadığı evdən çıxıb və sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. "Ailəsinin verdiyi məlumata görə AXCP Nizami rayon Şöbəsinin fəalı Tərlan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib", - məlumatda deyilir. Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Həbs olunanlar ittihamları rədd edirlər və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər. Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var. Geri qayıt |