AXCP üzvü Tərlan Baxışlı 20 sutka həbs edilib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 16:05


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon şöbəsinin üzvü Tərlan Baxışlı inzibati qaydada həbs edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə AXCP-nin yaydığı məlumatda deyilir. Məlumata görə, T.Baxışlı sentyabrın 26-da kirayə yaşadığı evdən çıxıb və sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

"Ailəsinin verdiyi məlumata görə AXCP Nizami rayon Şöbəsinin fəalı Tərlan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib", - məlumatda deyilir.

Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Həbs olunanlar ittihamları rədd edirlər və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz