Əsas Səhifə > Azərbaycan > Gəncədə qadın avtobusda ölüb
Gəncədə qadın avtobusda ölüb15-04-2017, 13:02. |
Gəncədə qadın sərnişin avtobusunda qəflətən ölüb. SİVİL.AZ xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Geri qayıt |