Gəncədə qadın avtobusda ölüb
Tarix: 15-04-2017, 13:02
Gəncədə qadın sərnişin avtobusunda qəflətən ölüb.
SİVİL.AZ xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər