Əsas Səhifə > Azərbaycan > İslamiada: Futbol yarışlarının təqvimi dəqiqləşib
İslamiada: Futbol yarışlarının təqvimi dəqiqləşib17-04-2017, 15:36. |
İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının təqvimi dəqiqləşib. SİVİL.AZ xəbər verir ki, yarışın Əməliyat Komitəsindən verilən məlumata görə, mayın 8-də start götürəcək yarışın ilk oyunu saat 10:30-da olacaq. Açılış matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcək. Bu komandalarla eyni qrupda yer alan Azərbaycan yığması bütün qarşılaşmalarına günün sonunda çıxacaq. Yaşar Vahabzadənin yetirmələrinin görüşləri saat 18:30-da başlanacaq. Bütün oyunlarımız isə “Bayıl Arena”da baş tutacaq. Ümumilikdə, qrup matçları bu arena və “AZAL Arena”da keçiriləcək. Yarımfinalları “Dalğa Arena”, medal görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionu qəbul edəcək. Final mayın 21-də saat 20:00-da olacaq. A qrupu Azərbaycan Səudiyyə Ərəbistanı Mərakeş Kamerun B qrupu Türkiyə Əlcəzair Fələstin Oman 8 may 10:30. Səudiyyə Ərəbistanı – Mərakeş AZAL Arena 12:30. Əlcəzair – Türkiyə Bayıl Arena 16:30. Fələstin - Oman AZAL Arena 18:30. Azərbaycan - Kamerun Bayıl Arena 11 may 10:30. Oman – Türkiyə AZAL Arena 12:30. Kamerun - Mərakeş Bayıl Arena 16:30. Fələstin – Əlcəzair AZAL Arena 18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı Bayıl Arena 15 may 12:30. Oman – Əlcəzair AZAL Arena 12:30. Türkiyə - Fələstin Bayıl Arena 18:30. Kamerun – Səudiyyə Ərəbistanı AZAL Arena 18:30. Mərakeş – Azərbaycan Bayıl Arena 18 may 12:30. A2 – B1 Dalğa Arena 18:30. A1 – B2 Dalğa Arena 21 may 14:00. 3-cü yer uğrunda Tofiq Bəhramov adına Respublika Stadionu 20:00. Final Tofiq Bəhramov adına Respublika Stadionu Geri qayıt |