İslamiada: Futbol yarışlarının təqvimi dəqiqləşib

Xəbərin çap versiyası
Tarix: 17-04-2017, 15:36
İslamiada: Futbol yarışlarının təqvimi dəqiqləşib


İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının təqvimi dəqiqləşib.

SİVİL.AZ xəbər verir ki, yarışın Əməliyat Komitəsindən verilən məlumata görə, mayın 8-də start götürəcək yarışın ilk oyunu saat 10:30-da olacaq.

Açılış matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcək. Bu komandalarla eyni qrupda yer alan Azərbaycan yığması bütün qarşılaşmalarına günün sonunda çıxacaq. Yaşar Vahabzadənin yetirmələrinin görüşləri saat 18:30-da başlanacaq. Bütün oyunlarımız isə “Bayıl Arena”da baş tutacaq.

Ümumilikdə, qrup matçları bu arena və “AZAL Arena”da keçiriləcək. Yarımfinalları “Dalğa Arena”, medal görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionu qəbul edəcək.

Final mayın 21-də saat 20:00-da olacaq.


A qrupu
Azərbaycan
Səudiyyə Ərəbistanı
Mərakeş
Kamerun

B qrupu
Türkiyə
Əlcəzair
Fələstin
Oman

8 may
10:30. Səudiyyə Ərəbistanı – Mərakeş

AZAL Arena

12:30. Əlcəzair – Türkiyə
Bayıl Arena

16:30. Fələstin - Oman
AZAL Arena

18:30. Azərbaycan - Kamerun
Bayıl Arena

11 may
10:30. Oman – Türkiyə

AZAL Arena

12:30. Kamerun - Mərakeş
Bayıl Arena

16:30. Fələstin – Əlcəzair
AZAL Arena

18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı
Bayıl Arena

15 may
12:30. Oman – Əlcəzair

AZAL Arena

12:30. Türkiyə - Fələstin
Bayıl Arena

18:30. Kamerun – Səudiyyə Ərəbistanı
AZAL Arena

18:30. Mərakeş – Azərbaycan
Bayıl Arena

18 may
12:30. A2 – B1

Dalğa Arena

18:30. A1 – B2
Dalğa Arena

21 may
14:00. 3-cü yer uğrunda

Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. Final
Tofiq Bəhramov adına Respublika Stadionu

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz