Əsas Səhifə > Azərbaycan > ABŞ rəsmisi Azərbaycana gəlir
ABŞ rəsmisi Azərbaycana gəlir26-05-2017, 14:36. |
ABŞ Dövlət katibinin köməkçisinin energetika diplomatiyası üzrə müavini Robin Danniqan Azərbaycana səfər edəcək. SİVİL.AZ-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. R. Danniqan “Caspian Oil&Gas 2017” beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. “Caspian Oil&Gas 2017” 24-cü beynəxalq sərgi və konfransı Bakıda mayın 31-dən iyunun 3-dək keçiriləcək. (AzVision.az) Geri qayıt |