ABŞ rəsmisi Azərbaycana gəlir
Tarix: 26-05-2017, 14:36
ABŞ Dövlət katibinin köməkçisinin energetika diplomatiyası üzrə müavini Robin Danniqan Azərbaycana səfər edəcək.
SİVİL.AZ-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
R. Danniqan “Caspian Oil&Gas 2017” beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
“Caspian Oil&Gas 2017” 24-cü beynəxalq sərgi və konfransı Bakıda mayın 31-dən iyunun 3-dək keçiriləcək. (AzVision.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər