Əsas Səhifə > Azərbaycan > Tramp: "ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir"

Tramp: "ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir"


31-05-2017, 10:54.
title}
Tramp: "ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir"


"ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır".

SİVİL.AZ-ın məlumatına görə, bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.

D. Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: "Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm".

ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir". (APA)
Geri qayıt