Tramp: "ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir"
Tarix: 31-05-2017, 10:54
"ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır".
SİVİL.AZ-ın məlumatına görə, bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.
D. Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: "Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm".
ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir". (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər