Əsas Səhifə > Azərbaycan > Masallıda oğul arvadı ilə əlbir olaraq ata və anasını qətlə yetirib
Masallıda oğul arvadı ilə əlbir olaraq ata və anasını qətlə yetirib9-06-2017, 21:54. |
Masallı rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. SİVİL.AZ-ın məlumatına görə, insident rayonun Miyənkü kəndində qeydə alınıb. Belə ki, Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı balta ilə qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb. O, sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Lakin hüquq-mühafizə orqanları əməkdaşları A. Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Onların hər ikisi saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Report) Geri qayıt |