Masallıda oğul arvadı ilə əlbir olaraq ata və anasını qətlə yetirib
Tarix: 9-06-2017, 21:54
Masallı rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
SİVİL.AZ-ın məlumatına görə, insident rayonun Miyənkü kəndində qeydə alınıb.
Belə ki, Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı balta ilə qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb.
O, sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Lakin hüquq-mühafizə orqanları əməkdaşları A. Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Onların hər ikisi saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər