Əsas Səhifə > Azərbaycan / Üst manşet > Bu rayonunun icra başçısı vəzifəsindən azad olundu
Bu rayonunun icra başçısı vəzifəsindən azad olundu1-07-2017, 15:48. |
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib. SİVİL.AZ-ın məlumatına görə, prezident İlham Əliyev bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamda deyilir: "İ.Ə. Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İbrahim Əsgər oğlu Mehdiyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 iyul 2017-ci il." Hələlik İ. Mehdiyevin yerinə təyinat yoxdur. Geri qayıt |