Bu rayonunun icra başçısı vəzifəsindən azad olundu

Xəbərin çap versiyası
Tarix: 1-07-2017, 15:48
Bu rayonunun icra başçısı vəzifəsindən azad olundu


Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.

SİVİL.AZ-ın məlumatına görə, prezident İlham Əliyev bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir: "İ.Ə. Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İbrahim Əsgər oğlu Mehdiyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2017-ci il."

Hələlik İ. Mehdiyevin yerinə təyinat yoxdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz