Əsas Səhifə > Azərbaycan > FİDE prezidenti istefası barədə yayılan məlumatı təkzib edib
FİDE prezidenti istefası barədə yayılan məlumatı təkzib edib27-03-2017, 17:07. |
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefası barədə yayılan məlumatları təkzib edib. SİVİL.AZ TASS informasiya agentliyinə istinadla xəbər verir ki, K. İlümjinov təşkilatın rəhbəri postundan getmədiyini bəyan edib: “Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”, - deyə K. İlümjinov bildirib. Bir qədər əvvəl təşkilatın rəsmi saytında Kirsan İlümjinovun vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdirilmişdi. Geri qayıt |