FİDE prezidenti istefası barədə yayılan məlumatı təkzib edib
Tarix: 27-03-2017, 17:07
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefası barədə yayılan məlumatları təkzib edib.
SİVİL.AZ TASS informasiya agentliyinə istinadla xəbər verir ki, K. İlümjinov təşkilatın rəhbəri postundan getmədiyini bəyan edib: “Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”, - deyə K. İlümjinov bildirib.
Bir qədər əvvəl təşkilatın rəsmi saytında Kirsan İlümjinovun vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdirilmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər