Əsas Səhifə > Azərbaycan > Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir
Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir13-07-2017, 13:21. |
"Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mütəmadi danışıqların aparılmasının tərəfdarıdır" SİVİL.AZ-ın məlumatına görə, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib. “Biz dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıyıq. Bu nöqteyi-nəzərdən xarici işlər nazirlərinin bu yaxınlarda baş tutan görüşünü alqışlayırıq. Mən dəfələrlə münaqişənin hərbi yolla həllinin olmadığını demişəm. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsi ilə nizamlana bilər”, - Şarpantye bəyan edib. Səfir qeyd edib ki, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, dövlət başçıların görüşünün təşkil edilməsi olduqca əhəmiyyətlidir: "Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır". (AzVision.az) Geri qayıt |