Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir

Xəbərin çap versiyası
Tarix: 13-07-2017, 13:21
Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir


"Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mütəmadi danışıqların aparılmasının tərəfdarıdır"

SİVİL.AZ-ın məlumatına görə, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.

“Biz dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıyıq. Bu nöqteyi-nəzərdən xarici işlər nazirlərinin bu yaxınlarda baş tutan görüşünü alqışlayırıq. Mən dəfələrlə münaqişənin hərbi yolla həllinin olmadığını demişəm. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsi ilə nizamlana bilər”, - Şarpantye bəyan edib.

Səfir qeyd edib ki, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, dövlət başçıların görüşünün təşkil edilməsi olduqca əhəmiyyətlidir: "Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır". (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz