Əsas Səhifə > Azərbaycan / Üst manşet > Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunub
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunub21-07-2017, 16:17. |
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib. SİVİL.AZ xəbər verir ki, DİM-dən verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustdək saat 18:00‑dək DİM (Gənclik binası, AZ1110, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər. (APA) Geri qayıt |