Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunub

Xəbərin çap versiyası
Tarix: 21-07-2017, 16:17
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunub


Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

SİVİL.AZ
xəbər verir ki, DİM-dən verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustdək saat 18:00‑dək DİM (Gənclik binası, AZ1110, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır.

Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz